9 May 2020 12:48
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, iqtisadiyyatımızda artımın əsas qüvvəsi aşkarlıq olacaq. Son dövrlər qara iqtisadiyyatın azaldılması, sıradan çıxarılması üçün çox iş görülüb və görülməkdə davam edir. Kölgə iqtisadiyyatı azaldıqca dövlət büdcəsində artım müşahidə edilir.

Bu fikirləri Teleqraf.com-a Demokratk İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Prezident İlham Əliyevin TASS İnformasiya Agentliyinə müsahibəsi zamanı ölkədə kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə haqqında dediklərini şərh edərkən səsləndirib.

Deputat qeyd edib ki, həqiqətən kölgə iqtisadiyyatının aradan qaldırılması üçün atılan addımlar iş adamlarını, biznesmenləri real iqtisadiyyata qoşulmağa vadar edir: “Müqavilə olmadan insanların işlədilməsi, vergidən yayınma kimi hallar əslində iş adamlarının özləri üçün pis durum yaradır. Fikrimcə, bu istiqamətdə addımlar atıldıqca işçilərin də sosial təminatı, vəziyyəti dəyişə bilər. Bununla paralel olaraq ölkə büdcəsi artacaq, bu da Azərbaycan vətəndaşları üçün xərclənəcək. Odur ki, iqtisadiyyatda şəffaflıq və ağ iqtisadiyyata keçid müsbət hadisədir”.

Deputat əlavə edib ki, hazırda kölgə iqtisadiyyatı var və ona qarşı tədbirlər davam etdirilməlidir: “Düşünürəm ki, burada vəzifə vergi və hüquq mühafizə orqanlarının təzyiqləri nəticəsində bu dəyişməyəcək. İnsanların şüuru dəyişməlidir. Ümumi bazar iqtisadiyyatından söhbət gedirsə, açıq-şəffaf iqtisadiyyat bu sistemdə çalışan insanların xeyrinədir”.


Müəllif: Cavad

Oxşar xəbərlər