10 May 2020 08:50
2 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistanla birləşib su anbarı tikir, körpülər salır. Və harada tikir? Bizim torpaqlarımızda. Mənim yadımdadır, bir dəfə belə məsələ rəhmətlik Heydər Əliyevin yanında qaldırılanda İrandan gələn heyəti qovdu. Bu gözümüzlə gördüyümüz hadisədir.

Bu fikirləri Teleqraf.com-a sabiq Təhsil naziri, professor Firudin Cəlilov İranın Araz çayı üzərində Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisini həyata keçirməsini dəyərləndirərkən deyib.

Firudun Cəlilov bildirib ki, İran tərəfinin Araz çayı üzərində tikinti aparmasını Azərbaycan tərəfi ilə razılaşdırması haqda fikirləri çaşdırıcı da ola bilər: “Necə İrana razılıq verə bilərik ki, işğal olunan ərazilərimizdə su anbarı və ya körpülər tiksin? Bu, mümkün deyil. Deməli, ortada başqa məsələ var. İran sadəcə ermənilərə köməklik edir”.

F.Cəlilov qeyd edib ki, İran heç vaxt Ermənistandan dəstəyini əsirgəməyib:

“Ter=Petrosiyan və digər erməni liderlər dəfələrlə etiraf ediblər ki, İran olmasaydı, boğulardıq. Çünki sərhədlər hər tərəfdən qapalı olanda İrandan yardım alıblar, nəfəslik olub. Odur ki, Araz çayı üzərində baş verənlər ciddi məsələdir və gələcəkdə əl-qolumuzu bağlaya bilər. Bu gün Qarabağdakı qondarma rejimə İrandan yük maşınları işləyir. Bunlar nə daşıyırlar? Bəlkə də ərzaq, silah və ola bilsin ki, narkotik. Bura Azərbaycanın torpağıdır. Hesab edirəm ki, hökumət fəal olmalıdır. Vaxt uzandıqca ermənilər orada daha dərin kök salır, infrastruktur düzəldir. Əlbəttə, bunlar önəmli məsələlərdir və biz torpaq məsələsində tələsməliyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər