12 May 2020 13:21
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Azərbaycan torpaqlarına köçürüləndən bəri faşizm ideologiyası daim onların silahı olub. Sadəcə, o zamanlar faşizm termini yox idi. Ancaq ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlər ən qatı faşistlərin belə cinayət əməllərindən daha qəddar olub.

Bunu Teleqraf.com saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, buna görə də Nikol Paşinyanın babasının faşizmə xidmət etməsi o qədər də təəccüblü deyil:

“Elə bu gün Ermənistanın baş naziri statusunda olan Nikol Paşinyan hələ də Azərbaycan torpaqlarını işğal altında saxlamaqla əsl faşizm nümunəsi göstərir. İşğalçı Ermənistanın siyasi rəhbərliyi Qaregin Njde kimi nasist əlaltısına heykəl qoymaqla bu gün də öz faşist xislətinə sadiq qaldıqlarını nümayiş etdirir. Bunu bütün dünya ictimaiyyəti görür.

Ancaq təəssüf ki, münasibət hələ də adekvat deyil. Paşinyan bir tərəfdən özünü demokrat kimi təqdim etməyə çalışır, digər tərəfdən işğalçılıq siyasətini davam etdirir, danışıqlar prosesinə süni maneələr yaratmağa çalışır”.

Hikmət Babaoğlu qeyd edib ki, bəzi ekspertlər N.Paşinyanın faşizmə xidmət edən babası haqqında informasiyanın Ermənistan media məkanında dövriyyəyə gətirilməsini də təsadüfi hesab etmirlər:
“Nikol Paşinyan bunu qəsdən etməklə əslində erməni cəmiyyətində çoxluq təşkil edən faşizm pərəstişkarlarına gizli mesaj verərək onlarla birlikdə olduğunu üstüörtülü şəkildə ifadə edir. Ancaq necə olursa olsun, sonda bu cılız küçə demokratı ifşa olunacaq. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər