13 May 2020 15:23
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görşüb.

Bu barədə Teleqraf.com-a danışan B.Quliyev bildirib ki, görüş konstruktiv atmosferdə keçib.

Bədrəddin Quliyev xatırladıb ki, görüş onun rəhbərlik etdiyi partiya dövlət qeydiyyatına alındıqdan sonra keçirilib:

“Ədalət Vəliyev partiyamızın qeydiyyatdan keçməsi münasibəti ilə bizi ölkə başçısı adından təbrik etdi, uğurlar arzuladı. Həmçinin ölkədə siyasi partiyalar arasında başlanan dialoq mühiti ətrafında müzakirələr aparıldı. Biz də partiyamızın qeydiyyata alınması, habelə ölkədə siyasi qüvvələr arasında dialoq atmosferinin yaradıldığı üçün prezidentə təşəkkürümüzü ifadə etdik. Partiyanın yaranmasının əsas ideoloji səbəblərindən danışdıq, qeyd etdik ki, cəmiyyətin güclənməsi, inkişafı, müstəqilliyin möhkəmlənməsi, hüquqi dövlətin qurulmasında, türk dünyası ilə əlaqələrin gücləndirilməsi, Azərbaycan-Türkiyə starteji müttəfiqliyinin ən yüksək səviyyəyə çatdırılmasını vacib hesab edirik.

Biz CHP olaraq görüşdə milli kimlik məsələmizi qaldırdıq.Türk dünyasının parçalanmaq cəhdlərinin təsadüfi olmadığını, ortaya müttəfiq və gücümüzü qoymağın vacibliyini ifadə etdik. Fikrimizcə, pandemiyadan sonra yeni dünya düzənində kim güclüdürsə, o da qalacaq. Bu kontekstdə biz güclü olmalıyıq və türk dünyasının güclü, bütöv olması üçün Azərbaycanın körpü olduğunu qeyd etdik”.

B. Quliyev əlavə edib ki, görüşdə ölkənin idarəetmə sistemi, aparılan islahatlar, korrupsiya və rüşvətə qarşı mübarizə, həbs edilən icra başçıları mövzusunda da fikir mübadiləsi aparılıb: “Həmçinin Seçki Məcəlləsinin dəyişdirilməsi məsələsini, proporsional seçki sisteminin tətbiqi haqqında fikirimizi ifadə etdik”.


Müəllif: Cavad

Oxşar xəbərlər