13 May 2020 16:12
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaranan indiki şəraitdə və Rusiyaya qarşı sanksiyaların tətbiq olunduğu məhələdə Moskva əvvəllər olduğu kimi Suriyada hücum taktikasına üstünlük vermir. Yəni hücum addımlar atmamağa çalışır. Pandemiya rus iqtisadiyyatına ciddi neqativ təsirlər göstərir, hətta onun hərbi potensialı təzyiq altındadır. İqtisadiyyat çökürsə, hərbi qüdrət haqda fikir irəli sürmək əsassız olur.

Bu fikirləri Teleqraf.com-a politoloq Fikrət Sadıqov deyib.

Onun fikrincə, indi Rusiya Suriyada proseslərin kəskinləşməsində maraqlı deyil: “Əslində pandemiya, neftin qiyməti, tətbiq edilən sanksiylar mühitini nəzərə aldıqda deyə bilərik ki, Moskva Bəşər Əsəddən imtina edə bilər, ancaq bir şərtlə. Bəşər Əsədin postuna gələn şəxs Rusiyaya yaxın olsun. Başqa sözlə qərbyönümlü siyasətçi olmasın”.

F.Sadıqov xatırladıb ki, hazırda Rusiyanın Yaxın Şərqdə yeganə dayaq nöqtəsi Suriyadır: “Yəni Rusiyanın ərəb regionuna yeganə hərbi bazası Suriya ərazisindədir. Bu, Rusiya üçün mühüm və strateji əhəmiyyət daşıyır. Bu mənada düşünmürəm ki, Rusiya maraqlarından asanlıqla geri duracaq.

İkincisi, İran amilini unutmamaq lazımdır. İran açıq formada Suriya rejimini dəstəkləyir. Əgər Rusiya Bəşər Əsəddən imtina addımları atacaqsa, mütləq bunu Tehranla razılaşdırmalıdır. Çünki bu iki ölkənin Suriyada marağı var. Onlar Suriyadakı mövqelərini asanlıqla əldən buraxmayacaqlar”.


Müəllif: Cavad

Oxşar xəbərlər