13 May 2020 16:59
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsində iştirak edən şəxslərin fotolarının paylaşılması və onların qəhrəmanlıqlarının təbliğatı uzun illərdir davam edir. Bu il 9 may – faşizm üzərində qələbə günündə Ermənistanın baş naziri Nikol Paşinyan da öz babasının fotosunu paylaşıb. Bununla da böyük qalmaqal yaşanıb. Məlum olub ki, Nikol Paşinyanın babası, yəni böyük Nikol Paşinyan alman faşistləri tərəfində SSRİ-yə qarşı vuruşub.

Bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Nikol Paşinyanın babasının 1943-cü ildə nasist Almaniyası sıralarında, Qaregin Njdenin “SS” legionunda vuruşması elə Ermənistan mətbuatı tərəfindən ifşa olunub və ölkə əhalisi tərəfindən böyük narazılığa səbəb olub.

İlyas Hüseynov bildirib ki, İrəvanın mərkəzində faşist cəlladı, alman faşistlərinə Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyulması da Ermənistanın faşist ideologiyasına xidmət etməsini sübut edir:

“Ermənistanda faşistlərin ideallaşdırılması həyati norma kimi qəbul edilir. Qaregin Njdeyə 6 metrlik abidənin qoyulması da bunun əyani sübutudur. Bu adam deyirdi ki, “Almaniya üçün ölən Ermənistan üçün ölür”.

Müsahibimiz qeyd edib ki, Ermənistanın özünü demokratiya təmsilçisi kimi göstərməyə çalışan hazırkı rəhbərinin də öz sələflərinin yolu ilə gedərək, faşist ideologiyasının təbliğatçısı qismində çıxış etməsinin əsl səbəbi indi tam şəkildə aydın olur:

“Bu gün İrəvanın mərkəzində ucaldılan 6 metrlik faşist cəlladının heykəlinin “silueti” bütün mənzərəni tam şəkildə ortaya qoyur. Belə ki, Paşinyanın SSRİ-yə qarşı döyüşən babası Nikolay Vartanoviç Paşinyanın da Tsexakronizmin əsasını qoyan Qaregin Njdenin yanında SSRİ əleyhinə xidmət etməsi baş nazirə qarşı böyük silah kimi istifadə olunacaq. Çünki bu fakt həm Rusiya ilə münasibətlərə pis təsir göstərəcək, həm də ölkə daxilində müxalifəti hərəkətə gətirəcək”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər