13 May 2020 19:50
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın ağa qara, qaraya ağ deməsi ilk dəfə deyil. O, bu dəfə də nəsil-şəcərəsi ilə bağlı faktları gizlətməkdə ittiham olunur. Onun babası ilə bağlı məlum fakt 9 may – faşizm üzərində qələbə günü sosial şəbəkədə etdiyi paylaşımdan sonra üzə çıxıb. Paşinyan bildirib ki, onun babası İkinci dünya müharibəsi zamanı Ukrayna cəbhəsində qəhrəmancasına həlak olub. Ancaq əvvəlcə Rusiya, sonra isə Ermənistan mətbuatında bir-birinin ardınca məlumatlar yayıldı ki, rus tarixçiləri və araşdırmaçıları faşist Almaniyası silahlı qüvvələrinin – Vermaxtın məxsusi götürülmüş arxivlərində çalışarkən, orada Paşinyanın babasının Böyük Vətən müharibəsinin lap başlanğıcında ya faşistlər tərəfə keçdiyi, ya da əsir düşdüyünü üzə çıxarıblar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirb.

O qeyd edib ki, Paşinyanın babası haqqında üzə çıxan məlumatlar onun Vermaxtın SSRİ-yə qarşı döyüşən erməni legionerləri hissəsində çalışmasından xəbər verir:

“Onun babasının nasist cəlladı, Njde təxəllüslü Qaregin Ter-Arutyunyanla çox yaxın əlaqələri olub. Onun təsiri ilə erməni legionunun tərkibində ön cəbhəyə göndərilib. Elə birinci döyüşdə də həlak olub. Amma Paşinyan öz babasından müharibə qəhrəmanı düzəldir və bildirir ki, onun babası uzun döyüş yolu keçib və 1943-cü ilin sonlarında Ukrayna cəbhəsində həlak olub. Məsələ ondadır ki, Ermənistanda ümumiyyətlə, faşizmə bir sevgi var. Baş verənlər də bunun bir göstəricisidir. İrəvanın mərkəzində 6 metr hündürlüyündə abidəsi qoyulmuş Qaregin Njde müharibə ilərində erməni legionerləri qarşısında çıxış edərkən deyib ki, Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Qabil Hüseynli qeyd edib ki, Qaregin Njdenin abidəsi Serj Sərkisyanın prezidentliyi dövründə qoyulsa da, Rusiya uzun müddət müxtəlif kanallarla həmin abidəni götürməyi təkid edib:

“Amma belə məlum olur ki, abidənin götürülməsinə əsas mane olan Nikol Paşinyandır. Paşinyanın Qaregin Njdeyə çox böyük məhəbbəti var. Bu faşist cəlladına məhəbbət də onun babası ilə dostluğunun olmasından irəli gəlir. Üstəlik indinin özündə bir çox tədqiqatçılar açıq surətdə bildirirlər ki, Ermənistanda faşizmə bir pərəstiş var. Ermənistanın bəzi ideoloqları deyirlər ki, faşizm ideologiyası ilə erməni milli ideologiyası arasında xeyli oxşarlıqlar mövcudur. Faşistlər də özlərini ari irqdən – seçilmiş irqdən sayırdılar, biz də ari irqin nümayəndələriyik. Halbuki, bunlar qaraçı nəslindən olan törəmələrdir. Qeyd edirlər ki, guya biz faşizmin müəyyən cəhətlərini, məsələn nizam-intizam, güclü ordu yaratmaq, başqa xalqlara hökmranlıq etmək kimi ideyalarını mənimsəməklə erməni xalqının əbədi arzusuna – dənizdən dənizə böyük Ermənistan dövləti qurmaq arzusuna çatdıra bilərik. Halbuki, ermənilərin bu arzusu elə arzu olaraq da qalacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər