14 May 2020 15:26
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin başlanmasından keçən 30 il ərzində çox proseslər baş verdi. Bu münqişəsnin həll olunması üçün müxtəlif səviyyələrdə, müxtəlif tribunalarda, hətta cəbhə xəttində dövlətin gərgin mübarizəsi bir an da dayanamır və münaqişənin tam həll olunmasına qədər də bu, davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Əvəz Həsənov deyib.

Ekspertin sözlərinə görə, münaqişənin tam həllinə nail olmaq üçün bütün metodlarından istifadə etmək lazımdır:

“Biz bir cəmiyyət olaraq bilməliyik ki, intellektual səviyyədə, informasiya meydanında və hərbi meydanda belə qarşıdurma həmin ana qədər bitməyəcək. Mən təklif edirəm ki, bütün sahələrdə işləri Azərbaycan hökuməti özü aparmalı, koordinasiya etməlidir.

Qeyri-populyar olan sülhyaratma prosesinə özü rəvac verməsə də belə, beynəlxalq institutları cəlb etməklə bu prosesin paralel getməsində maraqlı olmalıdır. Müstəqil institutların cəlb olunduğu sülhyaratma prosesi münaqişəni həll etmir. Bu, sadəcə alternativ meydança deməkdir ki, hakimiyyət həmin meydançada müxtəlif variantları sınaqdan keçirir, alternativ fikirləri öyrənir, dünyanın aparıcı institutları ilə məsləhətləşmələrini məhz həmin meydançada özünün müstəqil institutları vasitəsilə aparır. Özünün informasiya müharibəsində dünya ictimaiyyəti üçün cəlbedici olan bu faktdan istifadə edir. Özünün dünyada sabitliyin əldə olunmasına maraqlı olan bir dövlət kimi imici üçün bundan istifadə edir. Çünki düşdüyü münaqişədən yaxa qurtarmaq üçün bütün metodlardan istifadəyə ehtiyac var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər