14 May 2020 13:46
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət liderlərinin də rüşvət alması ilə bağlı əlimdə istənilən qədər sübut var.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”ın canlı efirində deyib.

“Milli Şuraya daxil olanlar və AXCP sədri Əli Kərimli, eləcə də ətrafındakı insanlar 15 ildir işləmirlər. Necə olur ki, 15 ildir işləməyən bu adamların xidməti maşını hamının maşınından bahadır, cangüdənləri var? Təbii ki, o cangüdənlərə əmək haqqı verilir. O cümlədən, bu adamların sosial şəbəkədə çalışanlarının vəsaiti və s. Bunlar hamısı əmək haqqı alır. Bəs bu pullar hardandır?”, - o qeyd edib.

S.Novruzov bildirib ki, müvafiq qurumlar bu halları araşdırmağa cəhd edir:

“Müvafiq qurumlar müxalifət nümayəndələrini dəvət edib deyir ki, gəlin, hesabat verin, görək bu pullar hardandır? Sonra görürsən, Avropadan, Amerikadan bəyanat gəlir ki, bəs qoymayın, Azərbaycanda müxalifətə təzyiq var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər