Milli Şuranın "zoom"da keçirdiyi daha bir rüsvayçı müzakirənin görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, “Mozalan” səhifəsinin tirajladığı görüntülərdə AXCP sədri Əli Kərimlinin də müzakirələrə qoşulduğu məlum olub.
Gültəkin Hacıbəylinin xalqa münasibətdə işlətdiyi ifadə və ona heç bir reaksiya verilməməsi diqqət çəkib.
Vidadi İsgəndərli Əli Kərimlinin Sevinc Osmanqızının verilişində iştirakının “Eşkiya dünyaya hökmdar olmaz” serialı ilə eyni vaxta düşməməsini təklif edib. O bildirib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu seriala baxması Osmanqızının verilişinə baxış sayını azalda bilər.
Gültəkin Hacıbəyli isə ona cavabında “Bir millət ki "Eşkiya” serialına baxacaq, onda getsin hoppansın..." ifadəsini işlədib.
Milli Şura üzvləri müzakirə boyu Real Partiyasının sədri İlqar Məmmədova rişxənd edib, onu lağa qoyublar.