Təklif edirəm ki, xalqa qarşı işlədilən aşağılayıcı ifadələr cinayət hesab edilsin. Hər kəsə bəllidir ki, Milli Şura adlanan qurum tərəfindən xalqa qarşı aşağılayıcı fikirlər sələndirilir. Buna heç bir halda yol verə bilmərik. Hesab edirəm ki, deputat həmkarlarım da bu məsələdə öz mövqeyini bildirməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputatın sözlərinə görə, hər kəs istəyər ki, keçirdiyi tədbir işıqlandırılsın:
“Ona görə də tədbirlərə mətbuat nümayəndələri dəvət olunur. Amma Milli Şura üzvləri deyir ki, hökumət kibercinayətkarlıq edir, bizim tədbiri izləyir, yayır. Qənimət Zahid deyir ki, iclasları serialların vaxtına salmayaq, çünki hamı seriala baxır, Əli Kərimlinin sərsəmləmələrini dinləmir. Deməli, xalqa Əli Kərimlinin fikrindən daha çox serial maraqlıdır. Ermənidən dönəndən nə danışır danışsın, biz Azərbaycan xalqının övladlarıyıq və bu xalqı qorumalıyıq”.