Azərbaycanla Rusiya arasında vətəndaşların epidemioloji tədbirlərə əməl etmək şərtilə qarşılıqlı qaytarılmasına dair müvafiq tapşırıq verilib.
Teleqraf.com xəbər verir ki, sözügedən tapşırıq hər iki ölkə vətəndaşlarının sərhəddən keçirilərək öz vətənlərinə qaytarılmasını koronavirusun yayılması nəzərə alınmaqla Rusiya ərazisindəki əhalinin sanitar-epidemioloji sağlamlığını təmin etmək üçün müvafiq tədbirlər görmək şərtilə təşkil etməyi nəzərdə tutur.