Son vaxtlar ölkəmizdə rüşvət və korrupsiyaya qarşı keçirilən əməliyyatlar bir ildən çoxdur start götürüb.
Axar.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “Yeni Müsavat”ın canlı efirində deyib. Korrupsiyaya qarşı mübarizənin niyə gec başlaması ilə bağlı suala Aynur Camalqızı belə cavab verib:
“Prezident İlham Əliyev hər birimizdən daha çox məlumatlı insandır. Ölkəmizin yerləşdiyi coğrafi məkan, reallıqlar, qonşu ölkələrlə münasibətlər... Düşünürəm ki, bu prosesin və əməliyyatların başlaması üçün ən uyğun zaman seçildi. Ona görə də hesab edirəm ki, bu proses kifayət qədər uğurla həyata keçirilir”.