26 May 2020 00:55
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirin gürcüstanlı həmkarı Davit Zalkalianiyə ünvanladığı təbrik məktubunda bildirilib.

E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibət və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, iki ölkə arasında ənənəvi yaxşı və məhsuldar əməkdaşlıq xalqlarımızın rifahı naminə inkişaf edəcək və güclənəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər