"Bütün mövzularda, xüsusən də qlobal məsələlərdə dialoqumuzun güclənməsindən çox məmnunam. Pandemiya həqiqətən qarşımıza qoyduğumuz sağlamlıq, sosial, iqtisadi və təhlükəsizlik məsələlərinə ortaq cavab tapmaq üçün birlikdə işləməyin lazım olduğunu bizə xatırladır. Cənab Prezident, bu baxımdan Qoşulmama Hərəkatının sədri olaraq xalqın xeyrinə konkret və innovativ təşəbbüslərin inkişafına fəaliyyətinizlə verdiyiniz töhfələr təqdirəlayiqdir".
Teleqraf.com xəbər verir ki, bu fikirlər Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Münasibətlərimizin yaxınlığı istər iqtisadi, istərsə də mədəniyyət və təhsil sahələrində birlikdə həyata keçirdiyimiz layihələrin sayında və keyfiyyətində də özünü göstərir. Yüksək diqqət və qayğısına görə şəxsən Birinci vitse-prezidentə borclu olan Fransız-Azərbaycan Universitetinin (UFAZ) artan uğuru, əlbətdə buna bariz nümunədir.
Cənab Prezident, icazə verin, Minsk qrupunun həmsədri Fransanın adından, Birləşmiş Millətlər Təşkilatının Baş katibinin "müharibə xəstəliyi" adlandırdığı işi sona çatdırmaq çağırışını davam edim. Bu baxımdan, Fransanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və davamlı həlli üçün qətiyyət və qərəzsizliklə işləmək öhdəliyinə arxalana bilərsiniz", - Fransa Prezidenti qeyd edib.