Milli Məclisin növbəti plenar iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.
İclasda spikerin qoruyucu maska taxması diqqəti cəlb edib. Vitse-spiker Fəzail İbrahimli isə deyib ki, Milli Məclis sədri iclası apardığı üçün maska ona çətinlik yaradacaq:
“Mənim təklifim budur ki, siz, iclas apardığınız müddətdə maskadan istifadə etməyə də bilərsiniz”.
Gündəlik təsdiq edildikdən sonra deputatlar iclasa başlayıb.