ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrin tənzimlənməsi haqda qərar verib. Saxta profillərin , yalan məlumatların qarşısının alınması, şərəf və ləyaqətin qorunması qanunda öz əksini tapıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Cavid Osmanov deyib.
O, əlavə edib ki, Trampın məlum qərarı bütün ölkələr tərəfindən müsbət qarşılanıb:
“Hesab edirəm ki, bizdə də belə qanunun qəbulunun vaxtı çatıb. Fikrimcə, bu, təhlükəsizliyimizə tam uyğundur. Belə bir qanunun qəbulu saxta profillərin, dövlətçiliyimizə və müstəqilliyimizə qarşı halların qarşısını almağa kömək olar".
Deputat təklif edib ki, gələcəkdə belə qanunun qəbul olunması nəzərə alınsın.