1 İyun 2020 01:16
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyət Xalq Partiyası (CXP) Qərbi Azərbaycan Respublikasının yaradılmasını dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə CXP-nin yaydığı bəyanatda bildirilib.
Partiya bəyan edib ki, Çr Rusiyası, Sovet Rusiyası və Federal Rusiyanın tarixində itirilmiş tarixi torpaqlarımızın geri qaytarılması artıq Azərbaycan xalqının milli iradəsinə çevrilib.

Professor Qafar Çaxmaqlının liderliyində elan edilmiş “Qərbi Azərbaycan Mühacirət Hökuməti” ideyası bu gün artıq ayaq üstə durmağı bacaran, dünyanın siyasi, iqtisadi və hərbi mənada güc mərkəzinə çevrilən Türk dünyasının bir parçası deməkdir.

CXP tarixi torpaqlarını itirmiş Qərbi Azərbaycan Türklərinin indiki məqamda ayağa qalxmasını dəstəkləyir, Qərbi Azərbaycan Respublikasının itirilmiş ərazilərini geri qaytarmaq üçün onun ordusunun qurulmasını vacib sayır. Qərbi Azərbaycan Azadlıq Ordusunun yaranması itirilmiş tarixi torpaqlarımıza qayıdışı tezləşdirəcək və ümümtürk xarakternə çevriəckdir.

CXP Qərbi Azərbaycandan olan soydaşlarımızın haqq uğrunda apardığı mübarizəni dəstəkləyir.


Müəllif: Cavad