Sosial şəbəkələrlə bağlı ciddi bir qanun qəbul edilməsinə ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin iclasında çıxışı zamanı deputat Elman Nəsirov deyib.
O, əlavə edib ki, belə bir qanunun qəbulu artıq sosial sifarişdir: “Hesab edirəm ki, Milli Məclis, hüquqşünaslar bu haqda fikirlərini açıqlamalıdır. Yəqin ki, iyun ayı üçün biz bunu işləyə bilərik”.