1 İyun 2020 11:35
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, biz siyasətçilər əlimizdə olan sənədlərdən yetərincə istifadə etmirik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. 822 saylı qətnamə Kəlbəcərlə bağlıdır. Diqqətlə baxanda görürük ki, sənəddə bir neçə məqamı arqument kimi istifadə etməmişik.

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Erkin Qədirli səsləndirib.

O, deyib ki, ötən gün Şuşa ilə bağlı yaranan vəziyyətə görə çıxış etmək qərarına gəlib:

“Sözügedən qətnamədə bəzi məqamlara diqqət çəkmək istərdim. Qətnamədə birinci hissə Azərbaycan-Ermənistan münasibətlərinin pisləşməsidir. Bu, beynəlxalq konteksdir. İkincisi, silahlı qarşıdurmadan bəhs olunur. Üçüncüsü, sənəddə işğal faktı qeyd edilmir.

Sözsüz ki, daxili münaqişələrdə işğal faktı olmur. İşğal iki ölkə arasında baş verən müharibə zamanı ortaya çıxır. Ancaq çox maraqlıdır ki, qətnamədə bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması məqamı qeyd edilib. Sözsüz ki, separatçılar işğalçı sayıla bilməz, çünki söhbət ölkə daxilində baş verən qarşıdurmadan gedir. Amma qətnamədə işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılması tələbi səslənərkən sözsüz ki, Ermənistan silahlı qüvvələri nəzərdə tutulur”.


Müəllif: Cavad

Oxşar xəbərlər