1 İyun 2020 12:02
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə ilk yaratdığınız üçün sizə təşəkkür edirəm. Milli Məclisdə ilk dəfədir ki, cari məsələlərin müzakirəsinə yazılan hər kəsə çıxış üçün imkan yaradırsınız.

Teleqraf.com xəbər verir ki, bu sözləri deputat Aydın Mirzazadə parlamentdə çıxışı zamanı spiker Sahibə Qafarovaya xitabən deyib.

O təklif edib ki, cari məsələlərin müzakirəsi zamanı yarım saat deyil, bir saat vaxt ayırılsın:

“Həmçinin 10 dəqiqəlik çıxış olmur, bu, məruzə olur. Fikrimcə, 10-dan çox həmkarımız məsələlərin müzakirəsinə yazılıbsa, çıxışları 3 dəqiqəyə endirək”.

Spiker isə bildirib ki, cari məsələlərin müzakirəsinin vaxtını 1 saata çatdırmaq mümkün olmayacaq:

"Nəzərə alın ki, bizim iclaslarımız cəmi 4 saat çəkir. Mən ötən dəfə də dedim, siz bu məsələləri niyə əvvəllər qaldırmırdınız? Əvvəl bu təkliflərinizi irəli sürərdiniz, mən də bura gələndə hazır qərarlarla gələrdim”.


Müəllif: Cavad

Oxşar xəbərlər