1 İyun 2020 12:16
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə internet televiziyasının yaradılmasına ehtiyac var. İnternet televiziyası parlamentin fəaliyyəti barədə məlumatların daha geniş şəkildə yayılmasına şəriat yaradacaq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında çıxış edən deputat Azər Kərimli deyib.

O bildirib ki, peşəkar insanlar tərəfindən hazırlanan materiallar həm də etibarlı istinad mənbəyi ola bilər:

“Dünyanın bir çox ölkələri bu təcrübədən istifadə edirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib.

“Parlamentin payız sessiyasından etibarən kanalların birində Milli Məclisin fəaliyyəti ilə bağlı bir saatlıq proqram yayımlanacaq. Hazırda bununla bağlı iş gedir”.


Müəllif: Cavad

Oxşar xəbərlər