1 İyun 2020 12:29
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə əlaqədar olaraq sözsüz ki, onlayn dərslər keçirilir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.

Teleqraqf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat, xalq şairi Sabir Rüstəmxanlı deyib.

S.Rüstəmxanlı bu məsələnin həll edilməsi üçün müvafiq addım atılmasını vacib sayıb:

“Nazirlər Kabinetindən xahiş edirik ki, bu məsıləyə diqqət ayırsın”.

Millət vəkili daha sonra deyib ki, Qarabağ məsələsi milli məsələdi və heç kimin inhisarında deyil:

"Vaxt keçir, təəssüf ki, problem həll edilmir. Millətin tarixi, gələcəyi bununla bağlıdır. Bu millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2 dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzu ətrafında təşkil edilən müzakirələrə qatılsın”.


Müəllif: Cavad