ABŞ Prezidenti Donald Trampın belə bir qərar verməsi əslində gözlənilməz deyil. Çünki bu, əvvəl-axır baş verməliydi. Atalarımızın yaxşı bir məsəlİ var: Nə əkərsən, onu ba biçərsən. İndi ABŞ öz əkdiklərini biçmək məhkumiyyəti ilə üz-üzə qalıb. Əslində sosial şəbəkləri, onlayn platformaları yaradarkən, heç də onlardan insanların maariflənməsi, yararlanması, düzgün, səhih məlumatlar əldə etməsi və sair məqamlar nəzərdə tutulmurdu.
Bu fikirləri Telerqaf.com-a Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Onun fikrincə, sosial şəbəklərdən bir növ savaş meydanı kimi istifadə edib, xalqların, dövlətlərin daxili işlərinə silahsız müdaxilə etmək, insanların heysiyyatı ilə oynamaq, onları öz dövlətləri ilə üz-üzə qoymaq, çaxnaşma yaratmaq, "bulanıq suda balıq tutmaq" və sair kimi kirli, məkrli məqsədləri reallaşdırmaq nəzərdə tutulurdu:
"Təəssüf ki, bunu nəzərdə tutanlar da uzun müddət öz məqsədlərinə çatmış kimi görünürdülər. Xüsusilə, "Ərəb baharı" adı altında Yaxın Şərqdə, Şimali Afrika ölkələrində həyata keçirilən qanlı ssenarilər məhz ilkin olaraq, bundan xəbər verirdi, bu şəbəkələr vasitəsi ilə reallaşdırılırdı. Nələrin baş verdiyi, nələrin yaşandığı da hər kəs yaxşı məlumdur. Odur ki, bunun ağır zərbəsinin bir gün həmin dairələrin özlərinə dəyəcəyi, hədəf oxlarının onlara qarşı tuşlanacağı aydın idi və belə də oldu".
Deputatın vurğulafığına görə, ABŞ prezidenti adıçəkilən sərəncama imza atmaqla, belə bir radikal addıma getdi:
"O, çoxlu etirazlara baxmayaraq, öz addımdan geri çəkilməyəcək kimi görünür. Yaxın dövlərdə baş verəcək hadisələr hər şeyi bir daha dəqiqliklə göstərəcək".
E.Səlimov bildirib ki, ölkəmiz dəfələrlə xarici, anti-Azərbaycan qüvvələrin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb:
"Azərbaycana qarşı ardıcıl terror çağırışların indi də davam edir. Çox təəssüflər olsun ki, ölkəmiz, xalqımız da bunun ağır, acı zərbələrini zaman-zaman yaşayıb və bu gün də bu yöndə cəhdlər davam etməkdədir. Ölkəmizin müstəqilliyini, müstəqil dövlətçilik xəttini gözü götürməyənlər, uğurlarımıza, nailiyyətlərimizə qısqanclıq, paxıllıq edən ermənipərəst, anti-Azərbaycan mərkəzlər, onların Azərbaycandakı əlaltıları, nökərləri sosial şəbəklərdən, onlayn resurslardan istifadə edərək, öz çirkablarını, çamurlarını zaman-zaman üstümüzə axıdıblar və hələ də çirkin niyyətlərindən əl çəkmirlər. Onların məqsədi Azərbaycan dövlətini öz yolundan geri döndərmək, vassala, üçüncü dünya dövlətlərindən birinə döndərməkdir. Bunun üçün də əllərindən nə gəlirsə, etməyə çalışırlar. Ancaq hər dəfə oxları daşa dəyir, öldürücü zərbələrlə üzləşirlər”.
Deputat bildirib ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev belə qüvvələrin öz çirkin, məkrli məqsədlərinə nail olmasına heç cür imkan və fürsət tanımır:
"Bu günədək bu imkan tanımayıb və bundan sonra da tanımayacaq. Bəli, sosial şəbəklər, internet, onlayn platformalar günümüzün, dövrümüzün reallığıdır, bir növ tərkib hissəsidir, ondan qaçmaq olmaz. Ancaq dediyim kimi, ondan sui-istifadə halları və cəhdləri də birmənalı şəkildə yolverilməz və qəbuledilməzdir. Bunu hər kəs - istər xaricdəkilər, istərsə də daxildəki dönüklər birmənalı olaraq, anlamalı və dərk etməlidirlər. Və kimlər ki, bu şəbəklərdən sui-istifadə hallarına yol verilməsi, şər-böhtan atılması, insanların şərəf və ləyaqətinin təhqir olunması üçün səy və cəhdlər göstərəcək, onlara qarşı ən sərt şəkildə, qanunların ən sərt üzü ilə davranılacaq, istisnalara yol verilməyəcək. Çünki Azərbaycan hüquqi, qanunlarla idarə olunan dövlətdir. Heç kim özünü hüquqdan və qanunlardan yuxarı apara bilməz, apararsa, alacağı cavab da məlumdur".