2 İyun 2020 11:18
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz müxalifət olaraq əksər vaxt tənqidə üstünlük veririk. Amma bir məqamı qeyd etmək istərdim. Son vaxtlar Milli Məclis rəhbərliyi səviyyəsində həll edilən müsbət hallardan biri də ayrı-ayrı komitə üzvlərinin qanun layihəsi təqdim etməsidir. Əvvəl sanki komitə sədrlərinin inhisarı var idi və komitə üzvlərinin potensialı üzə çıxmırdı. Mən indiki halı təqdir edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclasında deputat Fazil Mustafa səsləndirib.

Deputat həmçinin təklif edib ki, Azərbaycan orta məktəblərində hərbi dərslər bərpa edilsin: “Dağlıq Qarabağ konflikti ilə bağlı bir sıra məsələni diqqətdən kənarda saxlamaqla gələcəkdə problemlərlə üzləşə bilərik.

İllər əvvəl orta məktəblərdə qumbara partlamışdı, buna görə hərbi dərslər yığışdırıldı. Biz müharibə aparırıq, bu səbəbdən hərbi dərslərin bərpasını təklif edirəm. Bunun əsaslandırılması çox sadədir. Biz çox vaxt kadr problemini, hazırlıqsız olduğumuzu qeyd edirik. Onsuz da problemi hərbi yolla həll edəcəyik. Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki, hazırlıqlı deyildik”.


Müəllif: Cavad

Oxşar xəbərlər