3 İyun 2020 16:39
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, yaxın gələcəkdə Çin dünyanın superdövləti stausunu əldə edəcək. Fikrimcə, o, dünyanın ən güclü iqtisadiyyatına sahib olacaq və bundan sonra siyasi müstəvini də əlində cəmləşdirməyə çalışacaq.

Bunu Teleqraf.com-a politoloq Razi Nurullayev deyib.

Deputat hesab edir ki, bu posesin baş verəcəyini göstərən müəyyən işartılar da var. Onun sözlərinə görə, bu gün Çin heç bir dövlətdən asılı deyil:

“Özünün təyyarəsini, kosmosa uçacaq gəmilərini yaradır, kosmosda araşdırmalar aparır. Çin özünü tam saxlaya bilən və yeni kəşflərə imza atan dövlətdir. Bu gün dünyaya hökm edən, dünya qaydalarını müəyyən edən Amerikadır. Bunu birmənalı qəbul etmək lazımdır. ABŞ-ın dövlətlər üçün müəyyən etdiyi qayda-qanunlar ümumi anlamda dünya dövlətlərinin xoşuna gəlmir. ABŞ daha çox siyasi gücünü büruzə verir, demokratiya və insan hüquqları anlayışından geniş istifadə etməklə öz maraqlarına çatmağa çalışır. Ancaq Çin dünya gücünə çevrildikdən sonra demokratiya və insan hüquqları məsələsinin onun prioriteti olacağı gözlənilmir. Çinin insan hüquqları və demokratiya anlayışlarından kənarda dünyaya nüfuz etməyə çalışması, dünya dövlətləri ilə başqa istiqamətlərdə işləməsi ola bilsin ki, həmin dövlətlərin daha çox xoşuna gələcək”.

R.Nurullayev qeyd edib ki, indi dünyada avtoritar rejimlərinin sayının azaldığı, demokratiyanın inkişaf etdiyi iddia olunsa da, əslində vaxtilə demokratiyaya meyl edən quruluşların çoxunun diktatiraya meyllənməsi özünü açıq göstərir: “Belə çıxır ki, dünya indi başqa istiqamətdə inkişaf edəcək. Çinin dünyaya hökm etdiyi dövrdə isə dünya ölkələri üçün yaşam və şərtlər daha münbit olacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər