Erməni dövləti yaradılan zaman onlar faşizm idelogiyası və terrorizmə əsaslanıblar. Dövlətlərini yaratmaq üçün mülki insanların öldürülməsi, soyqırımına məruz qoyulması və bunun hesabına ərazilər əldə edilməsi ermənilərin əsas hədəfi olub. Daşnaksütyun Rusiya imperiyasının xüsusi xidmət orqanları tərəfindən Osmanlı və İranla müharibələr zamanı istifadə edilib. Terrorda peşəkarlaşan erməni qrupları sonradan II Dünya Müharibəsi zamanı SS tərəfindən istifadə olunub. Gimlerin yaratdığı SS-də erməni qrupları və onların əsas ideoloqlardan olan Qaregin Njde məhz mülki əhalini qətlə yetirməkdə istifadə olunurdu.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanın terror dövləti olmasının səbəbləri haqqında danışarkən deyib.
O əlavə edib ki, Azərbaycana qarşı müharibə başlayanda hərbi cinayətlər törədən, mülki əhalini soyqIrımına məruz qoyan şəxslər Ermənistanın rəhbərliyinə gəliblər:
“Onların əlləri təkcə azərbaycanlıların qanına batmayıb. Lazım olanda onlar erməniləri də asanlıqla qətlə yetirirdilər. Bunun çoxlu misalları var. Məhz bu terrorçu qruplar Ermnistanda hakimiyyəti əldə etdikdən sonra erməni parlamentində ən parlaq siyasətçiləri qətlə yetirdilər. Sonradan 2008-ci il seçkiləri zamanı prosesdə iştirak edən və saxtakarlığa qarşı çıxan gənc ermənilər qətlə yetirildi. Ermənistanda hər zaman kriminal hakimiyyət olub. Əlləri həm azərbaycanlıların, həm də sadə ermənilərin qanına batmış şəxslərin bəziləri indi həbsdədir, bəzilərinə cinayət işi açılıb. Amma bu cinayət işləri azərbaycanlıların deyil, ermənilərin qətlinə görə aparılır”.
Deputat bildirib ki, terror və faşizm üzərində qurulan bu dövlət indi Cənubi Qafqazda ən ağır durum yaradıb:
“Münaqişə, işğal siyasətini həyata keçirir və sülh istiqamətində bütün danışıqların imitasiya xarakterində olmasına çalışırlar. Bunun nəticəsində münaqişənin həlli görünmür. Hətta Ermənistanda hakimiyyət dəyişsə də, mahiyyət dəyişmir. Çünki erməni dövləti terror və faşizm üzərində qurulub”.