5 İyun 2020 15:05
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli həmkarlar, 2018-ci ilin aprelində ölkəmizdə keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqı Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kursun davam etməsinə, sabitliyə, əmin-amanlığa, iqtisadi tərəqqiyə və dayanıqlı inkişafa səs verib. Dövlət başçısı andiçmə mərasimindəki proqram xarakterli çıxışında növbəti illərdə də sürətli və əhatəli islahatların aparılacağını bildirərək islahatların əsas hədəfi kimi iqtisadiyyatının saxələnməsini, qeyri-neft sektorunun öncül inkişafına şəraitin yaradılmasını, dayanıqlı və inklüziv iqtisadi inkişafı, Azərbaycan xalqının maddi rifahının daha da yaxşılaşdırılmasını və firavan həyatının təmin edilməsini göstərib. 2019-cu ilin icmal və dövlət büdcələrinin icrası qeyd olunan hədəflərə mərhələli qaydada çatmaq üçün lazımi maliyyə təminatını yaradıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri qeyd edib ki, 2019 - Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb.

Onun sözlərinə görə, əvvəlki illərdə də ölkəmizdə bir çox istiqamətlərdə islahatlar həyata keçirilib:

“Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdır. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan etmişdir. Aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnib. Belə ki, qeyri-neft sənyaesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Dünya üzrə həm məcmu tələbin, həm də ticarətin artım templərində müşahidə olunan zəifləmə həm İnkişaf edib, həm də inkişaf etməkdə olan əksər ölkələrdə iqtisadi artım templərini əvvəlki ilə nisbətən azaldıb. Belə ki, qlobal iqtisadi artım 2018-ci ildəki 3.6% dən 2019-cu ildə 2.9% ə enib. Azərbaycanda isə əksinə, 2018-ci ilə nisbətən iqtisadi artım 0.7% sürətlənərk 2019-cu ildə 2.2%-ə çatıb. Qeyri-neft sektoru üzrə iqtisadi artım isə 3.5% təşkil edib. Xüsusi vurğulamaq istərdim ki, 2019-cu ildəki iqtisadi artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib, artımda neft sahələrin rolu minimuma enib. Ümumiyyətlə qeyri-neft sektorunu ÜDM-dəki payı 2018-ci ildəki 58.3%-dən 2019-cu ildə 61.7%-ə qalxıb. ÜDM-in xərclər üsulu ilə tərkibinin təhlili göstərir ki, 2018-ci ildən fərqli olaraq 2019-cu ildə iqtisadi artıma daxili tələbi artması vasitəsilə nail olunub ki, bu da iqtisadiyyatda ən effektiv üsul sayılır. Bununla yanaşı əsas kapitala yönəlmiş investisiyaların real həcmini azalması tikinti sektorunda əhəmiyyətli azalmaya səbəb olmub. Ölkədə əməkhaqqı fondunun ÜDM-də payının artırılaraq 6.1%-ə çatması təqdirəlayiq haldır. İnflyasiya səviyyəsi hesabat ili üçün proqnozlaşdırılmış göstəricilərdən az olub, manatın məzənnəsində müşahidə edilən sabitlik də bu nəticəyə mühüm təsir edib. 2019-cu ildə ölkəni strateji valyuta ehtiyatları artaraq 51.4 milyard dollar təşkil edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər