10 İyun 2020 17:30
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoruyucu maska istifadə etməkdən, sosial məsafə saxlamaqdan başqa çarəmiz yoxdur. Biz, mütləq maska və bütün qoruyucu vasitələrdən istifadə etməyi öyrənməli, görülən tədbirlərə əməl etməliyik. Əks təqdirdə, daha gərgin vəziyyətlə üzləşməli olacağıq.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.

Deputat mütəxəssislər tərəfindən irəli sürülən tövsiyələrə vətəndaşların əməl etməli olduğunu xüsusilə vurğulayıb:

“Əks təqdirdə epidemiyanın əhatə dairəsi genişlənəcək, xəstəxanalarda yer qalmayacaq. Xəstələri isə müalicə edə bilməyəcəyik”.

Asim Mollazadə xatırladıb ki, epidemiya ilə bağlı vəziyyət günü-gündən pisləşir.

Onun sözlərinə görə bunun da müəyyən səbəbləri var:

“Biz, müxtəlif ölkələrdən soydaşlarımızı vətənə qaytarırıq. Onların bəzisində virus var. Azərbaycanda vətəndaşlar bəzən tələblərə əməl etmir, məsuliyyətsiz yanaşırlar, hətta bəziləri epidemiyanın olmasına belə inanmır. Vəziyyət isə pisləşir, yoluxmaların sayı artır. İnsanlarımız bunu nəzərə almalıdırlar”.

Sonda deputat Azərbaycan vətəndaşlarını məsuliyyətli olmağa, özlərini və yaxınlarını epidemiyadan qorumağa çağırıb:

“Bunun da yolu qoruyucu vasitələrdən istifadə etmək, mümkün qədər digər insanlarla az təmasda olmaq və sosial məafəni qorumaqdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər