10 İyun 2020 21:38
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətimiz tərəfindən atılan qabaqlayıcı addımlar, insanların sağlamlığı istiqamətində görülən işlər tək ölkə ictamaiyyəti tərəfindən deyil, həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

O vurğulayıb ki, pandemiyaya qarşı aparılan əsas tədbirlərdən biri də karantin rejimlərinin tətbiqi ilə bağlıdır: "Çünki hər bir dövlət çalışır ki, yoluxma hallarını minimuma endirsin. Bu baxımdan Azərbaycanda da preventiv tədbirlərin həyata keçirilməsi, qəbul edilmiş sosial paket və digər zəruri proqramlar insanların sağlamlığına xidmət göstərmək üçündür".

Millət vəkili bildirib ki, bununla belə zaman keçdikcə sosial izolyasiya tədbirlərində müəyyən yumşalmalar baş verdi və bu da xəstliyin yayılmasında statistik göstəricilərin mənfi tendensiyalar üzrə artdığına gətirib çıxardı:

Mənfi tendensiyanın qarşısını almaq üçün ötən həftənin şənbə və bazar günləri küçəyə çıxma qadağasının tətbiq edildiyini deyən Cavid Osmanov bu cür sərt addımların atılmasını özlüyündə vətəndaşın sağlamlığının dövlət üçün nə dərəcədə önəmli olduğunu nümayiş etdirdiyini qeyd edib:

“Cəmiyyətimizin mütləq əksəriyyəti bu sərt karantin rejiminə tam məsuliyyəti ilə riayət etdi. Amma bəzən sosial məsuliyyətini dərk etməyən insanlar hüquq mühafizə orqanlarına qarşı aqressiv münasibət sərgiləməyə çalışdı. Bundan istifadə edən bəzi dağıdıcı qüvvələr məhz cəmiyyət-polis qarşıdurmasına rəvac vermək üçün qanunsuz çağırışlar etməyə başladılar. Onlar konkeksdən çıxarılmış bəzi görüntülərlə ölkəmizin beynəlxalq imicinə belə zərbə vurmağa cəhd etdilər. Təbii ki, bu cür qeyri-qanuni çağırışların arxasında Milli Şura və AXCP təmsilçiləri kimi radikal ünsürlərin dayanması da heç kəsə sirr deyil. Onlar çalışırdılar ki, bu cür həssas məqamda ölkədə qarşıdurma baş versin”.

Millət vəkili əlavə edib ki, polis-cəmiyyət münasibətlərini sarsıtmağa, ölkədə mövcud olan fundamental stabilliyi pozmağa yönəlik çağırışlar cavabsız qaldı və onlar növbəti dəfə məyus oldular:

“Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir. Cəmiyyətimizi hansısa bir xırda insidentə görə bataqlığa çəkməyə heç bir qüvvənin gücü çatmayacaq. Amma nədənsə özlərini demokrat adlandıranlar az qala demokratiyanın beşiyi saydıqları ABŞ-da polisin qaradərili bir vətəndaşı küçənin ortasında boğub öldürməsi fonunda baş verənləri görməzdən gəldilər. Azərbaycanda isə baş verən xırda bir məsələni isə az qala qlobal bir problem kimi təqdim etməyə cəhdlər etdilər. Bu, onu göstərir ki, hadisələrə ikili yanaşma prinsipləri hələ də mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər