11 İyun 2020 17:46
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin mötəbər missiya yerinə yetirən nümayəndələrinin Qarabağ problemi ilə bağlı sonuncu bəyanatı öz məzmununa görə tarixi əhəmiyyətlidir. Çünki bu bir fakt olaraq həm Ermənistanın Azərbaycana qarşı 30 ildən artıqdır apardığı təcavüzkar siyasətin mahiyyətini göstərmək, həm də ümumiyyətlə Qarabağ probleminin mahiyyətinin nədən ibarət olduğunu bütün dünyaya nümayiş etdirmək baxımından çox əhəmiyyətli faktdır və böyük təsir gücünə malikdir.

Bunu Teleqraf.com saytına açıqlamasında “Bakı-Xəbər” qəzetinian baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildrib.

Onun sözlərinə görə, bu bəyanatla tanışlıq dünyanın istənilən ölkəsinin vətəndaşında rəy yaradır ki, Dağlıq Qarabağ Azərbaycan əraziləridir, Ermənistan Azərbaycana təcavüz edib və Qarabağ problemi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları problemidir:

“Xüsusilə orada Azərbaycanın işğal olumuş əraziləri ifadəsinin işlədilməsi bizim üçün çox önəmlidir. Təəssüf ki, biz, beynəlxalq sənədlərdə Azərbaycanın işğal edilmiş əraziləri ifadələrinə çox az-az hallarda rast gələ bilərik. Bəziləri bunun mahiyyətini gizlətməyə çalışır. Amma Avropa Parlamenti nümayəndələrinin bu bəyanatındakı ifadə Qarabağ probleminin mahiyətini açıb göstərməkdə olduqca böyük təsirə və konkret rəy yaradıcı gücə malikdir”.

Aydın Quliyev qeyd edib ki, bu bəyanatın ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonrakı fəaliyyətinə böyük təsirinin olacağı şübhəsizdir:

“Çünki bəyanat müəllifləri Dağlıq Qarabağdakı separatçı rejimin Ermənistanın işğal və təcavüz siyasətinin nəticələrini qanuniləşdirmək üçün həyata keçirdiyi tədbirləri birmənalı şəkildə inkar edir. Bunlar Qarabağda əhalinin qeyri-qanuni şəkildə məskunlaşdırılması, infrastrukturun dəyişdirilməsi, yeni infrastrukturun qanunsuz şəkildə yaradılması və sair halların ifşa olunmasından ibarətdir. Ona görə də Avropa Parlamentinin bu bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərini növbəti mərhələdə yeni, daha konkret hərəkətlərə sövq edəcək və etməlidir”.

Qeyd edək ki, iyunun 10-da Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand, Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku Ermənistanla Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanat yayıblar.
Bəyanatda bu qərarın Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan verildiyi və bunun beynəlxalq hüququn pozulması olduğu qeyd edilir.

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq”, – deyə bəyanatda vurğulanır.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər