18 İyun 2020 14:48
4 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qarabağa üçüncü yolun çəkilməsi ilə bağlı addımı pislənməlidir. İşğal edilən ərazilərimizdə Azərbaycan qanunlarına zidd olaraq çoxsaylı qanunsuz əməllər həyata keçirilib. Məncə, indi çəkdikləri yol bu cinayətlərlə müqayisədə ən dəhşətlisi deyil. Azərbaycanda ictimaiyyətin buna sərt mövqe ifadə etməsi müsbət hadisədir. Bu, onu göstərir ki, insanlarımızın səbr kasası çoxdan dolub.

Teleqraf.com xəbər verir ki, bu fikirləri sabiq diplomat Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, Ermənistanın İranla sərhəd istiqamətlərində yol çəkməsi əslində tərəflər arasında əlaqələri gücləndirməyə xidmət edir və bu, Azərbaycana qarşı atılan addımdır:

“Yada salmalıyıq ki, Rusiya-Ermənistan hərbi münasibətləri İran vasitəsilə həyata keçirilir. Rusiya uzun illərdir Ermənistana silah verir. Bu silahlar hansı yolla çatdırılır? Sözsüz ki, İran vasitəsilə".

Tofiq Zülfüqarov əlavə edib ki, Ermənistana təyyarələr vasitəsilə silah çatdırılması ağlabatan deyil:

“Təyyarə vasitəsilə hərbi yüklər aparılırsa, bunun üçün deklarasiya təqdim edilməli və hansı silahlar olması, hara aparılması ilə bağlı sənəd təqdim edilməlidir. Bu, beynəlxalq hüququn tələbidir. Biz isə görürük ki, bu illər ərzində hərbi fəaliyyət və əməkdaşlıq İran vasitəsilə həyata keçirilir. Əlbəttə, indi deyilir ki, Azərbaycanın işğal olunan ərazilərində yollar tikilir, körpü salınır. Unutmayaq ki, hərbi yüklər uzun illər boyu İran vasitəsilə Ermənistana çatdırılıb. Yeni körpü tikilməsi ilə məsələ həll edilmir. Onlar buna qədər olan yollardan tam istifadə ediblər”.


Müəllif: Cavad

Oxşar xəbərlər