Milli Məclisin sabah keçiriləcək növbədənkənar sessiyasının plenar iclasının gündəliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, deputatların gündəliyinə 17 qanun layihəsi təqdim olunacaq.
Deputatlar “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanun layihələrini, “Mediasiya haqqında”,İnzibati Xətalar Məcəlləsində, 5.“Yol hərəkəti haqqında”,“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunların layihələrini müzakirə edəəklər.
Gündəliyə Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə qanun layihəsi də salınıb.
Parlament “Bələdiyyələrin statusu haqqında”, haqqında, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif olunan dəyişiklikləri müzakirə edəcək.
“İcra məmurları haqqında”,Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında,Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Telekommunikasiya haqqında” və “Dövlət rüsumu haqqında” qanun layihələrinə dəyişikliklər də diqqətə alınacaq.