Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Tarixdə ilk dəfədir Türkiyə nümayəndəsi bu vəzifəyə layiq görülüb.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Komitə sədri bu münasibətlə Volkan Bozkırı təbrik edib.
Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, Volkan Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.
Milli Məclisin deputatları çıxışlardan sonra bu münasibətlə onu alqışlayıblar.