Neftçalada nəinki insanlar, heç heyvanlar üçün də içməyə su yoxdur. Bunun səbəbi ötən il Nefçalaya su çəkmək üçün ölkə başçısının ayırdığı 5 milyon manatın xərclənməməsi, guya qənaət edilməsidir.
Teleqraf.com xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” məsələnin üçüncü oxunuşunda çıxışı zamanı deyib.
Deputat qeyd edib ki, Kürün suyu şorlaşıb, insanlar içməyə, heyvanlarına verməyə, bağlarını, bostanlarını suvarmağa su tapmırlar:
“Buradan aidiyyatı qurumlara səslənirəm, həyəcan təbili çalıram. Bu cür məsələlərdə qənaət etmək olmaz. Nefçaladan mənə yazırlar ki, burada xəstəxana da işləmir və hamını Salyana göndərirlər. Pandemiya dövründə belə problemlər yaratmaq olmaz”.