19 İyun 2020 17:45
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sansksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Örl Litzenberqer rəsmi cavab verib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda QMİ sədrinin məsələ ilə əlaqədar narahatlığını ifadə edən mövqeyi dəyərləndirilərək, Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.

Məktubda Şeyxülislam A. Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: “Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”.

Məktubda, həmçinin, Birləşmiş Ştatların Azərbaycanın öz müstəqilliyini əldə etdikdən sonra onu dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduqları vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər