20 İyun 2020 20:21
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyətə gəldiyi vaxtdan özünü dünyaya demokrat kimi təqdim etməyə çalışan Ermənsitan baş naziri Nikol Paşinyan Qarabağ məsəsləsində əvvəlki xələflərindən heç nə ilə fərqlənmədi. Fərqlənə də bilməzdi, çünki Ermənistanın bu dəyişməz siyasəti hakimiyyətdə qalmaq şkalasını müəyyən edir. Qarabağ ritorikası Ermənistan hakimiyyətinin öz xalqı üzərində idarəetmə vasitəsidir.

Bu fikriləri Teleqraf.com-a açıqlamasında politoloq Tural Əliyev bildirib.

Politoloq qeyd edib ki, Avropa İttifaqı və “ Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökümət başçılarının videokonfransında Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm mesajlar verdi:

"Paşinyanın mövzuya aid olmayan replikaları yenə də onu mat vəziyyətinə saldı. Münhen "dərsi"ndən nəticə çıxarmaması, siyasi gedişata və diplomatiyaya uyğun olmayan danışıq tərzi məğlubiyyətini hər zaman qaçılmaz edir. Paşinyan ilk növbədə gileyləndi ki, niyə Azərbaycan Prezidenti Qarabağdan danışır. Bu adam ya anlamır, ya da anlamaq istəmir ki, Avropa İttifaqı təkcə iqtisadi təşkilat deyil, həm də siyasi təşkilatdır. Ölkə prezidenti haqlı olaraq bütün platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Paşinyan bu həqiqətlər qarşısında susur, sükutu pozmaq istəyəndə tarixi və siyasi cavab alır, isterik və affekt vəziyyətində deyilmiş sözlər əleyhinə çevrilir. Monoetnik, işğalçı bir dövlətin baş naziri Azərbaycanı irqçi siyasətdə ittiham etmək istəyir. Siyasət adamı rasional düşünüb danışmalıdır. Məntiqi ardıcıllıq olmayanda istənilən siyasətçi debatda çox miskin görsənir. Bir siyasətçi məntiqi həqiqətə söykənməyəndə aciz duruma düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tarixi, siyasi və diplomatik biliyi marginallaşmış erməni siyasətini hər zaman ifşa edir”.

Politoloq əlavə edib ki, pandemiya Ermənistan hökümətini iflic edib. Paşinyan özü də virusla mübarizə aparmaq üçün videokonfransda Avropa İttifaqından pul aldığını etiraf etdi. Azərbaycan Prezidenti dərhal yerindəcə tutarlı arqument söylədi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü yardım etdiyini, eyni zamanda 29 ölkəyə humanitar yardım göstərdiyini bildirdi. Bu müqayisə Ermənistanın hansı vəziyyətdə olmasını bir faktla sübuta yetirdi:

"Paşinyan Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına toxunmaq istədi. Birincisi, qərarda Azərbaycan irqçilikdə ittiham edilmir. Erməni tərəfi buna nail olmaq istəyirdi. İkincisi, 2015-ci ildə Avropa Məhməkəsinin “Çıraqovlar və digər azərbaycanlılar Ermənistana qarşı” qərarında açıq-aşkar Ermənistanın işğal faktına hüquqi qiymət verilir. Təssüf ki, bu günə qədər qərar Ermənistan tərəfindən icra edilmir.

Dünyanın gözü qarşısında baş verən olaylar, video kadrlar, məhkəmə ifadələri, qərarları və detallı şəkildə sübut olunan erməni terrorunun qurbanları var. Prezident Fransadakı erməni terrorunu və həmin terrorçu Karapetyanın necə qarşılanmasının Paşinyanın yadına salaraq, ona sakitcə bu haqda danışmamağı tövsiyə etdi. Hələ Paşinyanın əzilmiş ingilis dilində danışmasına, ümumiyyətlə, toxunmağa dəyməz”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər