25 İyun 2020 12:05
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” Qanununda dəyişiklik edilməsi barədə məsələyə birinci oxunuşda müzakirəyə çıxarılıb.

Telqraf.com xəbər verir ki, qanun layihəsini Milli Məclisin vitse-spikeri Fəzail İbrahimi təqdim edib. Nəzərdə tutulan dəyişikliklə qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət Təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib


Müəllif: Cavad

Oxşar xəbərlər