25 İyun 2020 16:22
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan qanun layihələri məlum olub.

Teleqraf.com xəbər verir ki, deputatların gündəliyinə 16 məsələ təqdim ediləcək.

Müzakirə edilən qanun layihələri aşağıdakılardır:

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).
Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

“Telekommunikasiya haqqında” qanun layihəsi (üçüncü oxunuş).

Cinayət-Prossesual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunlayihəsi.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
“Sosial sığorta haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə (ikinci oxunuş).

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə (ikinci oxunuş).

“Qrant haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə.


Müəllif: Cavad

Oxşar xəbərlər