27 İyun 2020 10:32
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demək olar, hər gün cənab Prezident İlham Əliyev və hörmətli vitse-prezident Mehriban Əliyeva bölgələrdə olur və yeni-yeni müəssisələrin açılışlarında iştirak edir”.

Azərbaycan Prezidentinin “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqləri ilə bağlı Teleqraf.com-a danışan BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı belə deyib.

Partiya rəsmisi qeyd edib ki, İlham Əliyev son olaraq, Gəncədə modul tipli xəstəxanın açlışında, Samux rayonunda məcburi köçkünlər üçün evlərin tikintisində və Mingəçevirdə yeni enerji sisteminin qurulmasının açılışında iştirak edib:

“Nəzərə almaq lazımdır ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda sərt karantin rejimi var, bu səbəbdən dünyanın bir çox lideri özlərini təcrid vəziyyətində saxlayır. Hətta bir çox dövlət başçıları iqamətgahlarından kənara çıxmır. Öz ailələrindən başqa heç kimlə təmasda olmurlar. Ancaq bizdə pandemiya elan olunandan bu günə qədər qeyd etdiyim kimi, həm cənab Prezident, həm də Mehriban xanım sosialyönümlü layihələrin açlışlarında olur və hər dəfə vətəndaşlara müraciət edərək, koronavirusla mübarizənin vacibliyindən bəhs edirlər. Özləri maska taxmaqla xalqa lazım olan tövsiyələrini, mesajlarını verirlər”.

Niyaməddin Orduxanlının sözlərinə görə, Mingəçevirdə enerji sistemlərinin qurulmasının tarixi ümummilli lider Heydər Əliyevdən başlayır:

“Azərbaycanın enerji sisteminin qurulması mərhum Heydər Əliyev Azərbaycana 1969-cu ildən rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan energetikasının inkişaf etdirilməsi və müasir sistemin qurulması, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu addımı idi. Bilirsiniz ki, bir necə il bundan qabaq Mingəçevirdə enerji blokları partladı və çox ciddi problemlə üz-üzə qaldıq. Həmin saatlarda Bakı metrosunda minlərlə vətəndaşımız köməksiz vəziyyətdə qalmışdı. Polislərin və digər strukturların səyi nəticəsində ölüm olmadan vətəndaşlarımızı xilas edə bildik. Bundan sonra İlham Əliyevin tapşırığı ilə Mingəçevirdə dünyanın ən müasir enerji sistemi quruldu, o gün biz həmin enerji sisteminin açlışının şahidi olduq”.

Partiya rəsmisi Prezidentin hərbi hissədəki nitiqinə də diqqət çəkib:

“Bu gün Prezident İlham Əliyevin proritet istiqaməti ordu quruculuğu ilə bağlıdır. Bu istiqamətdə olan işlər uzun illərdir ardıcıl olaraq aparılır. Bu səbəbdəndir ki, artıq Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş 50 ordusunun sıralarına daxil olub. Azərbaycanda müasir ordu quruculuğu, bu prosesdə Azərbaycan standartlarının yaradılması və tətbiqinin uğurlu nəticələri, şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi birbaşa Ali Baş Komandan İlham Əliyevin diqqətinin nəticəsidir. Azərbaycan ordusunun ən müasir tələblər səviyyəsində silah-sursat təchizatı, bu istiqamətdə hərbi sənayenin yaradılması, hərbi hazırlığın yüksək səviyyədə təşkil olunması, ordumuzun dünyanın güclü orduları sırasında yer alması və qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olmasını da əlavə edərdim.

Hər il dövlət büdcəsindən Ermənistanın ümumu büdcəsindən artıq ordumuza vəsait ayırmağımız və dünyanın ən inkişaf etmiş İsrail dövlətindən və digər ölkələrdən ən müasir silah-sursat almağımız həmin siyasətin tərkib hissəsidir. Aprel döyüşlərində biz bunları ermənilərə canlı şəkildə göstərə bilmişik. Bu gün ermənilər Azərbaycanın ordusundan hansə imkan malık olduğunu çox yaxşı bilir. Üç günlik aprel döyüşləri nəticəsində Ermənistanda hakimiyyət dəyişkiliyi baş verdi. Səhra komandirləri olmuş Sərksiyan-Köçəryan hakimiyyəti darmadağın olundu. Buna qədər Ermənistanda bu xunta komandirlərinin bir mifi hökm sürürdü”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər