Yoluxmaların sayının artması səhiyyə sisteminə ciddi təzyiqlər edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün parlamentdə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, son iki həftə ərzində ölkədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib: “Bu, çox ciddi rəqəmdir. Səhiyyə sisteminin güclü olması hələ ki bu prosesi nəzarətdə saxlaya bilir”.