QHT-lərin xaricdən qrant almasına məhdudiyyətlər ona görə qoyuldu ki, maliyyənin gəldiyi və xərcləndiyi mənbə bəlli deyildi.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında komitə sədri Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bir çox siyasi partiyalar özünə 5-6 QHT yaradaraq bu yolla maliyyələşirdilər: “Ona görə də belə bir məhdudlaşdırıcı qanun qəbul edildi. Bu da şəffaflıq yaratdı”.
Qeyd edək ki, Milli Məclis “Qrantlar haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.
Qanunun 4-cü maddəsinə “4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər” məzmunda əlavə edilib.