30 İyun 2020 11:45
2 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında növbəti onlayn görüş keçiriləcək. ATƏT-in Minsk qrupunun görüşü keçirməkdə əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə imkan verməməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, bəzən bəzi deputatlarımız və ekspertlərimiz münaqişənin həllinin və ya açarının Rusiyada olduğunu bildirirlər:

“Bu məsələyə aydınlıq gətirmək istərdim. Rusiya siyasi təzyiq edərək, erməniləri kompromisə təhrik edə bilməz. Reallıq budur kı, bu gün Ermənistan cəmiyyəti torpaqları özününkü hesab edir və işğal etdikləri torpaqları heç bir təzyiqlə qaytarmaq niyyətində deyil. Belə olan təqdirdə işğala son qoymağın ən real yolu müharibədir. Hazırkı dünyada “müharibə etmək hüququ” hegemon dövlətlərin monopoliyasındadır. Belə olan təqdirdə, bizə lazım olan ərazi bütövlüyümüzü bərpa etdiyimiz zaman Rusiyanın bunu səssiz qarşılamasıdır. Yəni Moskvanın Azərbaycan ordusunun hərbi əməliyyatlarına başlamasına müdaxilə etməməsidir.

Qüdrət Həsənquliyevin müsahibəsini oxudum. Doğrudan da, Bakı- Moskva müzakirələri vacibdir. Bunun üçün isə fəal şəkildə Azərbaycan və Rusiya arasında Qarabağ danışıqlarına ehtiyac var. Lakin bu, heç də asan proses deyil. Rusiyanın geosiyasi maraqlarını, bu dövlətin xarici siyasətlə bağlı qərarlarında Xarici İşlər Nazirliyinin vacib rol oynadığını və bu quruma erməni Lavrovun başçılıq etdiyini nəzərə alsaq, onların Cənubi Qafqazda müharibə başlayarsa, susması qarşılığında çox böyük bazarlıq siyahısı olacaq”.

Zaur Məmmədov hesab edir ki, ABŞ və Fransa kimi dövlətlər də Rusiya kimi münaqişənin indiki vəziyyətdə qalmasında maraqlıdırlar:

“Yəni sabah münaqişə alovlanarsa, Qərbdəki erməni diaspora təşkilatları və onların pulla aldıqları ictimai-siyasi xadimlər anti-Azərbaycan bəyanatları verəcəklər. Buna görə, biz bu istiqamətdə də tədbirlərimizi görməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər