30 İyun 2020 14:06
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani iyulun 1-də videokonfrans keçirəcək.

Teleqraf.com-un məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, prezidentlər görüş zamanı regional məsələləri, xüsusilə də Suriyadakı vəziyyəti müzakirə edəcək.

Üç ölkə rəhbəri sonuncdu dəfə 2018-ci ildə Qazaxıstanda Suriya məsələsini müzakirə etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər