30 İyun 2020 23:38
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Vahid Azərbaycan Partiyasının adının dəyişdirilərək "Ağ Partiyası" olmasına dair müraciətə müsbət cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat verib.

26 iyun 2016-cı ildə Vahid Azərbaycan Partiyasının (VAP) qurultayında qurumun adı dəyişdirilərək "Ağ Partiyası" olub. Daha öncə Müsavat Partiyasında təmsil olunan Tural Abbaslı partiyanın sədri seçilib.

Qeyd edək ki, VAP 1993-cü ildə yaradılıb və dövlət qeydiyyatına alınıb. Partiyanın ilk sədri Kərrar Əbilov olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər