Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev REAL partiyasının sədri İlqar Məmmədovla görüş keçirib.
Teleqraf.com-un məlumatına görə, bu barədə danışan İlqar Məmmədov görüşdə ictimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi aparıldığını bildirib.
"Ədalət Vəliyevlə daha bir görüşüm oldu. İctimai-siyasi əhəmiyyət daşıyan məsələlərə dair faydalı fikir mübadiləsi etdik. Prezident İlham Əliyevin siyasi dialoq təşəbbüsünün vacibliyini bir daha qeyd etdik. Ayrıca, Respublikaçı Alternativ partiyasının qeydiyyatla bağlı üzləşdiyi çətinliyi diqqətə çatdırdım. Cənab Vəliyev bildirdi ki, pandemiya şəraiti səbəbilə təsis qurultayının adi qaydada keçirilməsi mümkün olmadığı dövrdə videokonfrans rejimində keçirilən təsis qurultayını da dövlət qeydiyyat üçün əsas kimi götürə bilər. Beləlikə, REAL partiyasının təsis qurultayını videokonfrans rejimində keçirib tezliklə qeydiyyat üçün müraciət edəcəyik", - REAL sədri deyib.