2 İyul 2020 17:12
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi aparılır. Bütün bunlar ölkəmizdə yeni bir mühitin formalaşdığını göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Azərbaycanda yeni bir siyasi mühit formalaşıb: "Bilirik ki, ölkədə artıq rəsmi olaraq 59 siyasi partiya var. Azərbaycan iqtidarı bütün partiyalarla dialoq aparmaqla, onların problemlərini dinləməklə yenidən siyasi iradə ortaya qoydu. Həqiqətən də son dövr ərzində 7 siyasi partiya haqqında Ədliyyə Nazirliyinin müsbət qərarının şahidi olduq. Bu partiyaların bəzirlərinin səndələrində dəyişiklik, qurultaylarının qərarları təsdiq edildi, bəziləri isə ilk dəfə dövlət qeydiyyatına alındı. Bundan sonra isə Prezident Admistrasiyasının müvafiq şöbəsinin rəhbəri ilə partiya sədrləri arasında görüş keçirilib. Ümumiyyətlə, son zamanlar siyasi partiyalarla görüşün keçirilməsi, dialoqun aparılması ölkədə vətəndaş həmrəyliyinin, birliyinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bildiyim qədər pandemiya ilə mübarizə sahəsində siyasi partiyalar qarşısında duran vəzifələr onlarla müzakirə olunub və təklifləri dinlənilib. Bu, həm də siyasi partiyalarla ölkədəki problemlərin birgə həlli istiqamətində bir şansdır".

Rufiz Qonaqov qeyd edib ki, artıq Azərbaycanda yeni dövrə uyğun siyasi mühit formalaşıb: "Bu mühitin formalaşmasında da siyasi partiyalarla bağlı verilən qərarların, onlarla keçirilən görüşlərin mühüm əhəmiyyətini görürük".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər