6 İyul 2020 23:45
4 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail dövləti hərbi kəşfiyyat məqsədilə kosmosa yüksək görüntülər qəbul edəcək casus peyki göndərdiyini elan edib.

Teleqraf.com xəbər verir ki, İsrail Müdafiə Nazirliyi bununla bağlı Milli Kosmos İnstitutu tərəfindən istehsal olunan Ofek-16 adlı casus peykin ölkənin hərbi bazalarından birində gecə saatlarında uğurlu formada kosmosa göndərildiyini bəyan edib.

Casusluq məqsədilə istifadə olunacaq Ofek-16 adlı peykin yüksək tutumlu elektro-optik kəşf qabiliyyətinə məxsus olduğu qeyd edilib.

Müdafiə naziri Benny Qantz bəyan edib ki, Ofek-16 peyki Müdafiə Nazirliyi və İsrail Kosmik İnstitutununun əhəmiyyətli uğurudur: “İsrailin istedadını hər cəbhədə və hər yerdə gücləndirməyə və davam etdirməyə çalışacağıq”.

Yerli media isə casus peykinin İranın nüvə fəaliyyətlərini müşahidə altında tutmaq məqsədilə istifadə ediləcəyini iddia edib.


Müəllif: Cavad

Oxşar xəbərlər