6 İyul 2020 18:02
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Surət Hüseynovun danışdıqları məzmununa görə çox mənasız fikirlərdir. Məncə, onun sözləri bəhs etdiyi şəxs və hadisələrlə bağlı yox, Surət Hüseynovun özünün psixoloji və sağlamlıq durumu haqqında təəssürat yaradır.

Bu fikirləri Teleqraf.com-a Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn deyib.

Partiya sədri əlavə edib ki, Surət Hüseynov mən də daxil olmaqla bəzi şəxslərin adını çəkərək ittihamlar irəli sürürsə, buna cavab veriləcək: “Xüsusilə, Əbülfəz Elçibəy haqqında dediklərini tərbiyəsizlik hesab edirəm. Vaxtı ilə Elçibəyin hakimiyyəti dövründə işləyən, sonradan ölkənin baş naziri vəzifəsini tutan bir şəxs üçün belə fikirlər işlətmək əslində rəzilliyin göstəricisidir.

Amma hər kəs öz taleyini seçir. Mənim deyəcəyim başqa bir söz yoxdur”.


Müəllif: Cavad