6 İyul 2020 19:08
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Səhiyyə naziri Zəfər Mirzə müsbət koronavirus testi aldığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, o, bu haqda Tvitterdə məlumat yayıb.

“Mənim COVID-19 testim müsbət nəticə verdi”, - deyə o qeyd edib.

Nazir bildirib ki, evdə özünütəcrid şəraitindədir. O həmçinin xəstəliyi yüngül simptomlarla keçirdiyini bildirib.

Bundan əvvəl Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureşi ona koronavirus diaqnozu qoyulduğunu açıqlamışdı


Müəllif: Səxavət